Fransa, Almaniya və İngiltərə İran müharibəsinə daxil olur - Neft böhranında sensasiyalı dönüş

media-ads_728_90

Bütün bədbin proqnozlara və imtinalara baxmayaraq, altı ölkə, o cümlədən Böyük Britaniya və Fransa qəfildən Hörmüz boğazının təhlükəsizliyinə töhfə verməyə hazır olduqlarını bəyan ediblər – neft böhranının ortasında sensasiyalı dönüş.

“TV1” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Ötən həftə qeyri-mümkün görünən hal baş verdi. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Niderland və Yaponiya strateji boğazdan təhlükəsiz keçidi bərpa etmək üçün birləşib, hansı ki, İranla münaqişənin kəskinləşməsi səbəbindən bloklanıb.

Əvvəllər bu ölkələr, xüsusən də Böyük Britaniya və Fransa birbaşa hərbi müdaxiləni qətiyyətlə rədd etmiş, diplomatiya və kollektiv həll yollarına üstünlük vermişdilər. Lakin ABŞ Prezidenti Donald Trampın “yeddi borclu” çağırışı vəziyyəti dəyişdi. Bu fonda Səudiyyə Ərəbistanı və BƏƏ-nin koalisiyada iştirakı qaçılmazdır. Bu açıq və ya gizli ola bilər. Qeyd edək ki, Səudiyyə vəliəhdi D.Trampdan xahiş edib ki, krallığına və bütün Körfəz ölkələrinə qarşı təhlükəni aradan qaldırmaq üçün İrana qarşı zərbələri gücləndirsin.

media-ads_728_90
Paylaş