Fransa – Azərbaycan oyununu norveçli hakimlər idarə edəcək
Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Parisdə Fransa yığması ilə keçirəcəyi oyununun hakim təyinatları açıqlanıb.
“TV1” xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Rohit Saqqiyə laysmanlar Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.
VAR hakimi Tom Harald Hagen, onun köməkçisi isə Siqurd Krinqstad olacaq.
Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.