Fransa və İspaniyada yanğınlar səbəbindən 360 min nəfər təxliyə olunub - VİDEO
Fransa və İspaniyada irimiqyaslı meşə yanğınları səbəbindən 360 mindən çox insan təxliyə edilib.
“TV1” xəbər verir ki, Fransada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olunub.
İspaniyada isə son bir həftə ərzində 116 mindən çox sakin təxliyə olunub.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron yaranmış vəziyyətin müzakirə edilməsi üçün bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək.








