Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb
Fransanın səhiyyə naziri Stefani Rist “MV Hondius” kruiz gəmisindən təxliyə edilən Fransa vətəndaşında hantavirusa yoluxma halının təsdiqləndiyini bildirib.
“TV1” xəbər verir ki, bu barədə o, “France Inter”in efirində bildirib.
Nazir qeyd edib ki, Fransaya qayıtdıqdan sonra qadında xəstəlik simptomları yaranıb, aparılan PCR-testləri isə müsbət nəticə verib: “Pasiyent yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib. “MV Hondius”dan Fransaya qayıdan daha dörd fransız sərnişin təcrid olunub. Onlar “növbəti göstərişə qədər” ixtisaslaşdırılmış palatalara yerləşdiriliblər. Bu sərnişinlərdə hantavirus testləri mənfi nəticə verib. Bir neçə gündən sonra onlar təkrar testdən keçəcəklər”.
S.Rist qeyd edib ki, bu, Fransada hantavirusa ilk təsdiqlənmiş yoluxma halıdır.








