Fransanın cənub-qərbində yanğın səbəbindən təxliyə edilənlərin sayı 20 minə çatıb

media-ads_728_90

Fransanın cənub-qərbində güclü yanğın səbəbindən artıq 20 mindən çox insan təxliyə edilib.

“TV1” xəbər verir ki, şiddətli külək və isti hava səbəbindən alov sürətlə yayılır.

Məlumata görə, Jironda departamentinin Somo kommunasında baş verən yanğın 2,4 min hektar ərazini əhatə edib, iyulun 22-dən 23-nə keçən gecə isə departamentdə yanğın sahəsi 6 dəfə artıb.

Fransanın daxili işlər naziri Loran Nunyesin sözlərinə görə, ilin əvvəlindən ölkədə 44 min hektar torpaq sahəsini əhatə edən 12 500-dən çox yanğın baş verib.

Hökumətin məlumatına görə, ilin əvvəlindən 12 500-dən çox yanğın baş verib və 44 min hektar ərazi yanıb ki, bu da miqyasına və davamlılığına görə 2022-ci ildəki göstəricidən çoxdur. Həmin il Landı-de-Qaskon departamentində 30 min hektardan çox meşə sahəsində güclü yanğınlar baş vermişdi.

media-ads_728_90
Paylaş