Günəş enerjisi Aİ-də ilk dəfə elektrik istehsalının 25 faizini təmin etdi
Avropa İttifaqında günəş enerjisi tarixi rekorda imza atıb. 2026-cı ilin iyun ayında günəş elektrik stansiyaları ilk dəfə olaraq birlik üzrə istehsal olunan ümumi elektrik enerjisinin 25 faizini təmin edərək bütün digər enerji mənbələrini geridə qoyub.
2026-cı ilin iyun ayında Avropa İttifaqında günəş enerjisi tarixdə ilk dəfə ümumi elektrik istehsalının dörddəbirini təmin edib. Bu dövrdə günəş elektrik stansiyaları rekord həcmdə – 52 teravatt-saat (TVt·s) elektrik enerjisi istehsal edib.
Beləliklə, günəş enerjisi Aİ-də həm ənənəvi, həm də alternativ enerji mənbələrini geridə qoyaraq birinci yerə yüksəlib. İyun ayında elektrik istehsalında atom enerjisinin payı 21 faiz, təbii qazın payı 15 faiz, külək enerjisinin payı 14 faiz, hidroenerjinin payı isə 12 faiz təşkil edib. Kömürün payı isə cəmi 8 faiz olub.
Qeyd edək ki, bu, Avropa İttifaqı tarixində günəş enerjisinin elektrik istehsalında birinci yerə çıxdığı üçüncü ay kimi qeydə alınıb. Rekord göstəricinin əldə olunmasına yay mövsümündə günəşli günlərin sayının artması və Avropada günəş enerjisi istehsal güclərinin genişləndirilməsi mühüm təsir göstərib.








