Gürcüstan Prezidenti Əli Əsədovla strateji tərəfdaşlığın əsas istiqamətlərini müzakirə edib

media-ads_728_90

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.

“TV1” xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən regional və beynəlxalq formatlarda uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bildirilib ki, əsas diqqət ticarət-iqtisadi münasibətlərin dərinləşdirilməsinə və birgə regional layihələrin inkişafına yönəlib. Xüsusilə Orta Dəhlizin əhəmiyyəti və yükdaşıma imkanlarının artırılması məsələləri vurğulanıb.

Tərəflər həmçinin Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunmasının vacibliyini qeyd ediblər.

Kavelaşvili Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəyişməz dəstəyə görə Baş nazir Əli Əsədova təşəkkürünü bildirib.

 

media-ads_728_90
Paylaş