Gürcüstanda elektrik enerjisinin kəsilməsi ilə bağlı təxribat maddəsi ilə istintaq başlayıb

media-ads_728_90

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) 24 və 25 iyul tarixlərində ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə görə təxribat maddəsi ilə istintaqa başlayıb.

“TV1” xəbər verir ki, ölkə daxilində təkrarlanan təsadüfi elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə istintaq başlanılııb.

Bildirilir ki, maddə Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər vacib obyektlərin normal fəaliyyətini pozmaq və ya onlara zərər vurmaq/məhv etmək nəzərdə tutulur.

media-ads_728_90
Paylaş