Güzəştli ipoteka hüququ olanların siyahısı genişləndirildi - FƏRMAN

media-ads_728_90

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısı genişləndirilib.

“TV1” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısına daxil ediliblər.

media-ads_728_90
Paylaş