Hantavirusun daha geniş yayılmasının əlamətləri müşahidə olunmur - ÜST RƏHBƏRİ

media-ads_728_90

“Andes” ştamına aid hantavirusun daha geniş miqyasda yayılmasının başlanmasına dair əlamətlər hələlik müşahidə olunmur.

“TV1” xəbər verir ki,  bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus İspaniyanın Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.

“Hazırda xəstəliyin daha geniş miqyaslı yayılmasının başlanmasını müşahidə etmirik”, – o bildirib.

Qebreyesus həmçinin vurğulayıb ki, vəziyyət dəyişə bilər və virusun inkubasiya dövrünün uzun olduğunu nəzərə alaraq, yaxın həftələrdə yoluxanların sayının artması istisna edilmir.

 

media-ads_728_90
Paylaş