media-1200x100

“HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb

media-ads_728_90

“HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

“TV1” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusu bu barədə açıqlama verib. Bildirilir ki, bu gün səhər saatlarında Tehrandakı iqamətgah raket hücumuna məruz qalıb.

Hücum nəticəsində yalnız Haniyə deyil, onun mühafizəçilərindən biri də həlak olub. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. İslam İnqilabı Keşikçiləri Korpusu hadisənin arxasında kimlərin dayandığını və səbəblərini öyrənmək üçün əlavə məlumat verməyib.

media-ads_728_90
Paylaş