Azərbaycanda pul bazası 25 milyard manatı keçib
Bu il oktyabrın 30-na Azərbaycanda pul bazası 25 milyard 146,1 milyon manat təşkil edib.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, sentyabrın 30-u ilə müqayisədə 1,3 % çoxdur.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 11,9 %, son 1 ildə isə 17,5 % artıb.








