Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb

media-ads_728_90

Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə  “RBK-Ukrayna”nın məlumatında bildirilib.

Məlumata görə, Rusiya qoşunları qəsəbəyə, o cümlədən yerli sakinlərə humanitar yardım paylanan məktəbə silsilə zərbələr endirib.

Daha əvvəl Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti aralarında iki xilasedici və dörd polis olmaqla, 24 nəfərin öldüyünü bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ilk aviazərbədən sonra Rusiya qoşunları insanların olduğu sığınacağa daha doqquz aviabomba atıb.

Zərbələr nəticəsində idman zalı və təsərrüfat tikilisi dağılıb, məktəb binasına ziyan dəyib, yanğınsöndürmə-xilasetmə avtomobili məhv edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

media-ads_728_90
Paylaş