Çindən kosmosa daha 18 peyk göndərilib
Çin “Lijian-2 Y2” daşıyıcı raketi vasitəsilə 18 peyki uğurla kosmosa göndərib.
“TV1” xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Məlumata görə, raket noyabrın 3-də yerli vaxtla saat 08:15-də ölkənin şimal-qərbində yerləşən Dunfen kommersiya kosmik innovasiya zonasından buraxılıb. Peyklər Çinin aşağı Yer orbitində fəaliyyət göstərən kommersiya peyk şəbəkəsinin tərkib hissəsidir.
“CAS Space” şirkətinin məlumatına görə, bu, “Lijian-2” raketinin ikinci uçuşu və genişmiqyaslı peyk internet şəbəkəsinin yaradılması üzrə ilk missiyasıdır.
Bildirilib ki, “Lijian” seriyasına aid raketlər indiyədək orbitə bir kosmik gəmi və 139 peyk yerləşdirib








