Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

media-ads_728_90

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb.

“TV1” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Panama Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, Azərbaycan-Panama dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Panama xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

media-ads_728_90
Paylaş