HƏMAS Qəzzada idarəçiliyi təhvil verir

media-ads_728_90

HƏMAS Qəzza bölgəsində idarəçiliyin Milli Komitəyə təhvil verilməsi üçün bütün zəruri prosedur və hazırlıqları tamamlayıb.

“TV1” xəbər verir ki, bunu HƏMAS sözçüsü Həzəm Qassem bildirib.

“Fələstin fraksiyalarından, qəbilələrindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət komitə təhvilvermə prosesinə nəzarət edəcək”, – HƏMAS rəsmisi qeyd edib.

O, bütün tərəfləri komitənin işini asanlaşdırmağa, İsrailin Qəzza zolağında iki illik müharibəsindən sonra bərpa prosesinin başlanmasına yardım etməyə çağırıb.

media-ads_728_90
Paylaş