Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür

media-ads_728_90

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Fondunun Mədəniyyətlərarası Dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, “Baku” jurnalının təsisçisi və baş redaktoru, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (İDEA) təsisçisi və sədri Leyla Əliyevanın bu gün doğum günüdür.

“TV1” xəbər verir ki, Leyla Əliyeva Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində ardıcıl olaraq fəaliyyət göstərir.

Onun rəhbərliyi ilə, eyni zamanda humanitar, ekoloji problemlərin aradan qaldırılması istiqamətində də bir sıra layihələr həyata keçirilib.

Leula Əliyevanın təbiətin qorunması, cəmiyyətin rifahı və ehtiyac içində olan şəxslərə göstərdiyi diqqət və qayğı hər kəs üçün örnəkdir. Onun COP29 və digər beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etməklə, İDEA İctimai Birliyi vasitəsilə həyata keçirilən ekoloji layihələrə verdiyi töhfələr Azərbaycan üçün böyük önəm daşıyır.

Qeyd edək ki, bu günlərdə siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin tanınmış ictimai-siyasi xadim Leyla Əliyevanın həyat yoluna həsr etdiyi “İDEA-dan başladı” adlı kitabının təqdimatı olub.

Əziz və dəyərli Leyla xanım, “TV1” komandası olaraq doğum gününüzü təbrik edir və Sizə fəaliyyətinizdə uğurlar arzu edirik!

TV1

 

media-ads_728_90
Paylaş