Hikmət Hacıyev Zəngəzur dəhlizində aparılan yol tikintisi ilə bağlı yeni görüntülər paylaşıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı yeni görüntülər yayıb.
“TV1” xəbər verir ki, o bununla bağlı “X” hesabında paylaşım edib.
“Bir neçə həftə əvvəl Zəngəzur dəhlizinin dəmir yolu xəttinə aid videogörüntüləri paylaşmışdım. Bu gün isə dəhliz çərçivəsində inşa olunan yüksək sürətli avtomobil yolunun videosunu təqdim edirəm — bu layihə regionun gələcəyini formalaşdırır”, – deyə paylaşımda qeyd olunub.
A few weeks ago, I posted the footage of the railway line of the Zangezur Corridor.
Today, I am sharing a video of the high-speed motorway being built as part of the corridor — a project shaping the region’s future. pic.twitter.com/lX0WtpqNfN— Hikmet Hajiyev (@HikmetHajiyev) November 18, 2025








