Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb

media-ads_728_90

İki neft tankeri Hörmüz boğazından minalanmış marşrutla keçməyə cəhd edib, nəticədə partlayaraq yanmağa başlayıb.

“TV1” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“Bir saat əvvəl ABŞ-ın hiylə yolu ilə Hörmüz boğazının cənubunda minalanmış marşrutla keçməyə məcbur etdiyi iki neft tankeri partlayaraq yanmağa başlayıb”, – deyə məlumatda qeyd olunub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə öz növbəsində vurğulayıb ki, ABŞ-ın hərəkətləri nəticəsində yaranan həddindən artıq təhlükə səbəbindən Hörmüz boğazı keçid üçün bağlı olaraq qalır.

Bildirilir ki, ABŞ ordusunun dəstəyi ilə dörd gəmi Hörmüz boğazından keçməyə cəhd edib: “Raketlər və pilotsuz uçuş aparatlarının tətbiqi ilə keçirilən əməliyyat nəticəsində hər dörd gəmi dayandırılıb”.

media-ads_728_90
Paylaş