Hörmüz boğazında gəmilərin hərəkəti tam DAYANDI

media-ads_728_90

Hörmüz boğazında gəmilərin hərəkəti ABŞ-ın İran limanlarına qarşı blokada elan etməsindən dərhal sonra tam dayandırılıb.

“TV1” xəbər verir ki, Bu barədə “Lloyd’s List” məlumat yayıb.

Bildirilir ki, əvvəlcədən məhdud səviyyədə olan hərəkət birdən-birə tam dayanıb, gəmilər isə istiqamətlərini dəyişərək geri qayıtmağa başlayıblar.

Qeyd edək ki, blokada qərarı ABŞ Prezidenti Donald Tramp tərəfindən elan olunub və bu gün qüvvəyə minəcək.

Bu addım Vaşinqton və Tehran arasında Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən birbaşa danışıqlardan sonra atılıb.

media-ads_728_90
Paylaş