III MDB Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb
Azərbaycan III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
“TV1” xəbər verir ki, GGəncə İdman Sarayında təşkil edilən yarışların beşinci günündə təmsilçimiz Süleyman İsmayılzadə birinci olub.
O, 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayıb.
Rusiya təmsilçilərindən Aleksandr Filipets gümüş, Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.