III MDB Oyunları: Azərbaycan güləşçisi qalibi oldu

media-ads_728_90

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar keçirilir.

“TV1” xəbər verir ki, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Elşad Abbasov (51 kiloqram) finalda belaruslu Tsimafey Semianenka ilə qarşılaşıb.

Rəqibinə 6:0 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb.

Daha əvvəl Yusif Mirzəyev gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq

media-ads_728_90
Paylaş