III MDB Oyunları: Azərbaycan qılıncoynadanı növbəti medalı qazandı
Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında günü 1 medalla başa vurublar.
“TV1” xəbər verir ki, Mirxətai Məmmədov yarımfinala yüksəlib və bürünc medala sahib çıxıb.
O, finala gedən yolda Roman Selyutinə (Rusiya) uduzub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 qadın qılıncoynadanı bürünc medal qazanmışdı.