III MDB Oyunları: Azərbaycan qılıncoynatma yarışlarında ilk medalını qazanıb
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qadınlar arasında qılıncoynatma üzrə yarışlar davam edir.
“TV1” xəbər verir ki, Azərbaycan təmsilçisi Mirnuray Abasova qılıncoynatma yarışlarının şpaqa növündə yarımfinala yüksəlməklə III MDB Oyunlarında bürünc medalı təmin edib. O, 1/4 finalda Anastasiya İlyuşenkanı (Rusiya) üstələyib. M.Abasovanın finala gedən yoldakı rəqibi Anastasiya Zabelina (Rusiya) olacaq.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.