III MDB Oyunları: Azərbaycanın çövkən üzrə millisi finala yüksəlib

media-ads_728_90

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə yarışın ilk yarımfinal qarşılaşması keçirilib. Yarımfinal oyununda Azərbaycan millisi Qazaxıstan komandası ilə qarşılaşıb.

“TV1” xəbər verir ki, Şəki şəhər stadionunda reallaşan oyunun start fitindən əvvəl Azərbaycan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Maraqlı keçən qarşılaşmada Azərbaycan komandası 5:1 hesabı ilə qalib gələrək III MDB Oyunlarının finalına yüksəlib.

Günün digər yarımfinal oyunu isə Qırğızıstan və Özbəkistan komandaları arasında olacaq.

Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

media-ads_728_90
Paylaş