III MDB Oyunları: Azərbaycanın çövkən üzrə millisi qalibi olub
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına yekun vurulub. Finalda Azərbaycan millisi Özbəkistan komandası ilə qarşılaşıb.
“TV1” xəbər verir ki, matçın start fitindən əvvəl Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Maraqlı keçən görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız III MDB Oyunlarının qalibi olub.
Qeyd edək ki, III MDB Oyunları çərçivəsində sentyabrın 28-dən oktybrın 7-dək davam edən çövkən üzrə yarışda 6 ölkənin – Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Küveyt yığmaları mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən, Azərbaycan millisi birinci, Özbəkistan komandası ikinci, Qırğızıstan komandası isə üçüncü yeri tutub.