III MDB Oyunları: Daha bir samboçumuz medal qazandı
Azərbaycanın daha bir samboçusu III MDB Oyunlarında medal qazanıb.
“TV1” xəbər verir ki, bu dəfə Rüstəm Qasımzadə (58 kq) gümüş mükafatla kifayətlənib.
O, finalda Rusiya təmsilçisi İsmail Maxozevə məğlub olub.