III MDB Oyunları - Stolüstü tennis yarışlarının qalibi müəyyənləşib
Qəbələ Olimpiya Kompleksində III MDB Oyunlarında keçirilən stolüstü tennis yarışlarına yekun vurulub.
“TV1” xəbər verir ki, Rusiya komandası bu idman növündə 10 medal (9 qızıl, 1 gümüş) qazanaraq birinci olub.
6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.
Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla beşinci yeri tutub.