III MDB Oyunlarında boks yarışlarına start verildi
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarına start verilib.
“TV1” xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda 46 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Aysel Fərəcova 1\4 finalda belarus rəqibi Aliaksandra Kustsikavaya üzərində 5:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.