III Şuşa Qlobal Media Forumunun iştirakçıları FÜZULİDƏ
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.
“TV1” xəbər verir ki, forum iştirakçılarını daşıyan təyyarə Füzuli beynəlxalq hava limanına eniş edib.
III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin, sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.
“Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş forum iyulun 19-dan 21-dək keçiriləcək.