media-1200x100

İki şahmatçımız dünya çempionatında mübarizəyə başlayır

media-ads_728_90

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə gənc şahmatçılar arasında rapid və blits üzrə dünya birinciliyinə start veriləcək.

“TV1” xəbər verir ki, mötəbər yarışda Azərbaycan 2 şahmatçıyla təmsil olunur.

Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.

Qeyd edək ki, İsveçrə sistemiylə təşkil edilən yarış 9 turdan ibarət olacaq.

media-ads_728_90
Paylaş