İlham Əliyevin çıxışı zamanı “Qarabağın fatehi” səsləri ucaldı - VİDEO
Prezident İlham Əliyevin Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan Məhəlləsi”nin açılış mərasimində çıxışı zamanı maraqlı anlar yaşanıb.
“TV1” xəbər verir ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın hər zaman Türkiyənin yanında, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu xatırladıb.
Dövlət başçısı sözlərinə belə davam edib: “Bu gün “Azərbaycan Məhəlləsi”nin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizi, dostluğumuzu təzahür edir”.
Azərbaycan Prezidentinin bu çıxışından sonra vətəndaşlar İlham Əliyevin ünvanına “Qarabağın fatehi” ifadəsini səsləndiriblər.
Dövlət başçısı bunu xoş təbəssümlə qarşılayıb, tədbir iştirakçıları isə səsləndirilən fikri alqışlayıb.
Həmin görüntüləri təqdim edirik: