İlon Mask Kamala Harrisi kommunist adlandırdı
İlon Mask ABŞ prezidentliyinə namizəd Kamala Harrisi kommunist adlandırıb.
“TV1” xəbər verir ki, bu barədə o, özünün “X” hesabında yazıb.
Mask hətta xanım siyasətçini kommunist ideologiyasının öncüllərindən olan Karl Marksla müqayisə edib:
“Onun “ədalətli bölgü” və “ədalət” anlayışları Karl Marksı xatırladır. O, Karl Marksın yenidən qablaşdırılmış versiyasıdır. Bu adam hətta onun “Hər kəsə bacarığına və tələbatına görə” – şüarını əlində rəhbər tutur. Bu ideologiya insanların malik olduğu varidatın yenidən bölüşdürüləcəyini deməyə əsas verir”.