İran ABŞ ilə dialoqun bərpası üçün Livanda atəşkəsə zəmanət tələb edir

media-ads_728_90

İran ABŞ ilə danışıqların bərpası üçün Livanda hərbi əməliyyatların dayandırılmasına dair zəmanət tələb edib.

“TV1” xəbər verir ki, CNN telekanalı bu barədə diplomatik mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Tehran “imzalanmış sazişin şərtlərinə uyğun olaraq Livanda hərbi əməliyyatların dayandırılmasına zəmanət” verilməsini istəyib və hazırda vasitəçilər bu məsələnin həlli üzərində işləyirlər.

Mənbələrdən biri qeyd edib ki, İsveçrədə planlaşdırılan danışıqlar İsrailin Livana endirdiyi zərbələrdən sonra müvəqqəti olaraq təxirə salınıb və onların nə vaxt bərpa olunacağı hələ dəqiq məlum deyil.

media-ads_728_90
Paylaş