İran ABŞ-ın Bəhreyn və İordaniyadakı bazalarına PUA zərbələri endirib
İran ordusu ABŞ-ın Bəhreyn və İordaniyada yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.
“TV1” xəbər verir ki, bu barədə İran dövlət televiziyası IRIB məlumat yayıb.
Məlumata görə, zərbələr Bəhreyndəki Şeyx İsa və İordaniyadakı Əl-Əzraq hərbi hava bazalarını hədəf alıb.
ABŞ, Bəhreyn və İordaniya rəsmiləri hücumlarla bağlı hələlik açıqlama verməyiblər. Hadisə nəticəsində itki və ya dağıntı barədə də rəsmi məlumat yoxdur.








