İran AEBA müfəttişlərini ölkəyə dəvət etməyə razılıq verib - Vens
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini ölkəyə dəvət etməyə razılıq verib.
“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens İsveçrənin Bürgenştok şəhərində İran tərəfi ilə aparılan danışıqların yekunlarına əsasən bildirib.
O qeyd edib ki, texniki mütəxəssislər daha əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumu çərçivəsində öz işlərini davam etdirəcəklər.
“Biz təməl qoyduq. Evi hələ tikməmişik, lakin uğurlu təməl qoymuşuq. Mən növbəti 60 gün ərzində burada qala bilmərəm. ABŞ-yə qayıdıram. Lakin texniki mütəxəssislər işləyəcəklər. Biz Hörmüz boğazını açıq saxlamağa imkan verən mexanizm yaratmaq istəyirdik. O, açıqdır. Biz əmin olmaq istəyirdik ki, qaçılmaz olaraq yaranan münaqişələr baş verdikdə bizim onları həll edə biləcəyimizə zəmanət verən bir mexanizm yaratmışıq”, – deyə o qeyd edib.








