İran əlini tətikdən çəkməyəcək - Pezeşkian
İsrailin Livana davamlı hücumları ABŞ rəhbərliyi ilə İslamabadda planlaşdırılan danışıqları mənasız edir.
“TV1” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X”-də yazıb.
M.Pezeşkian qeyd edib ki, İran əlini tətikdən çəkməyəcək.
“Bu hücumları davam etdirmək danışıqları mənasız edəcək, əlimiz tətikdə qalacaq və İran heç vaxt livanlı bacı və qardaşlarını tək qoymayacaq”, – deyə İran Prezidenti vurğulayıb.








