Hörmüz boğazında nəqliyyatın hərəkəti tam nəzarətdədir - SEPAH
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında gəmiçilik hərəkəti üzərində tam nəzarətə malik olduğunu açıqlayıb.
“TV1” xəbər verir ki, bu barədə teleqram kanalında dərc olunmuş açıqlamada deyilir:
“Bütün hərəkət İran silahlı qüvvələrinin tam nəzarəti altındadır”.
Qeyd edək ki, ötən gün İslamabadda ABŞ-İran danışıqları keçirilib. 21 saat davam edən danışıqlar nəticəsiz başa çatıb.








