İran İsrailə raketlərlə hücum edib

media-ads_728_90

İrandan İsrailə növbəti raket hücumu dalğası qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Ölkənin mərkəzi və cənub bölgələrinin bir çox rayonlarında hava həyəcanı elan olunub. Aşdod, Aşkelon, Beer-Şeva, Qüdsdə, o cümlədən Təl-Əvivin cənubundakı şəhərkənarı qəsəbələrdə həyəcan təbilləri çalınıb.

Təl-Əvivin özündə hava həyəcanı elan olunmasa da, şəhərdə bir neçə partlayış səsi eşidilib. Ehtimal olunur ki, bunlar ölkənin mərkəzi hissəsi üzərində havada raketlərin məhv edilməsi nəticəsində baş verib.

Bundan əvvəl gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirib. Ordunun mətbuat xidməti bildirib ki, hücumların hədəfi İslam Respublikasının qərb və mərkəzi hissələrində yerləşən hərbi obyektlər olub.

Qeyd edək ki, aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

media-ads_728_90
Paylaş