İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gəlib
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlib.
“TV1” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qəzetin məlumatına görə, Pakistan artıq 11 apreldə danışıqların aparılmasına hazırlaşır.
ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vensin rəhbərlik edəcəyi gözlənilir.








