İran razılaşmanı pozsa, hərbi əməliyyatlar yenidən başlaya bilər - Tramp
ABŞ və İran arasında cümə günü imzalanacaq anlaşma memorandumu yekun sənəd deyil.
“TV1” xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp bunu Fransada Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşündə deyib.
Donald Trampın sözlərinə görə, Tehran sazişin şərtlərinə əməl etməzsə, Vaşinqton İrana qarşı zərbələri bərpa edə bilər.
“Bu, yekun razılaşma deyil, anlaşma memorandumdur. Əgər xoşuma gəlməsə, onları bombalamağa davam edəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
Xatırladaq ki, bir müddət öncə ABŞ və İran hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə ediblər. Sazişin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. Tərəflər 60 günlük atəşkəs dövründə digər məsələlərlə yanaşı, Tehranın nüvə proqramını müzakirə edəcəklər.








