İran Türkiyəyə qaz ixracını DAYANDIRIB
İsrailin “Cənub Pars” qaz yatağına endirdiyi zərbədən sonra İran Türkiyəyə təbii qaz ixracını dayandırıb.
“TV1” xəbər verir ki, ötən il Türkiyə istehlak etdiyi qazın təxminən 14%-ni İrandan idxal edib.
Hazırda Ankara Rusiya və Azərbaycandan qaz almağa davam edir, eyni zamanda mövcud qaz anbarlarından istifadə imkanına da malikdir.
İrandan qaz tədarükünün dayandırılmasının nə qədər davam edəcəyi hələlik məlum deyil.
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.








