İran xəbərdarlıq etdi: ABŞ hərbi bazalarından uzaq durun
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə amerikalı hərbçilərin yerləşdiyi ərazilərdə yaşayan dinc sakinlərə dərhal oradan uzaqlaşmağı tövsiyə edib.
“TV1” xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
“İranlı dinc sakinləri amansızlıqla öldürür və fərdi terror aktları həyata keçirirlər. Buna görə də amerikalı hərbçilərin yerləşdiyi ərazilərdə qalmaq təhlükəlidir” – deyə məlumatda qeyd olunur.








