İranda bu universitetin binası vuruldu
ABŞ və İsrail İsfahan Texnologiya Universitetinin binasına hücum edib, insan itkisi yoxdur.
“TV1” xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
“Martın 26-sı ABŞ və İsrail tərəfindən İsfahan Texnologiya Universitetinin binasına hücum edilib. Hücum universitet binasına və ətrafdakı tikililərə ziyan vurub, lakin heç bir itki qeydə alınmayıb”, – deyə məlumatda bildirilib.








