İranda işçiləri daşıyan avtobusun aşması nəticəsində 12 nəfər ölüb

media-ads_728_90

İranın İlam əyalətində qaz emalı və neft-kimya zavodunun işçilərini daşıyan avtobusun aşması nəticəsində 12 nəfər həlak olub, daha 15 nəfər yaralanıb.

“TV1”  xəbər verir ki, Hadisə Daşt Abbas rayonu (Dehloran rayonu) ilə Murmuri şəhəri (Abdanan rayonu) arasındakı şəhərlərarası avtomobil yolunda baş verib.

Avtobus Dehloran rayonunda yerləşən NGL qaz emalı və neft-kimya zavodunun işçilərini daşıyırdı. Sərnişinlərin əksəriyyətinin Abdanan rayonu sakinləri olduğu bildirilir.

Xüsusi komissiya qəzanın dəqiq səbəblərini araşdırır.

media-ads_728_90
Paylaş