İspaniyanın Kanar adalarına iki gün ərzində 2000-dən çox miqrant gəlib
İspaniyanın Kanar adalarına son iki gündə dəniz yolu ilə təxminən 2200 miqrant gəlib.
“TV1” xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında ölkəyə dəniz yolu ilə gələn 28 mindən çox miqrantın 13 mindən artıq hissəsi Kanar adalarının payına düşüb.
Dəniz Xilasetmə Xidməti 14 rezin qayıqda olan 1324 miqranta yardım göstərib. Onların əksəriyyəti El-İerro adasına çatıb.








