İranda müharibədə ölənlərin sayı 1 937 nəfərə çatıb
İranda ABŞ və İsrailin hava zərbələri nəticəsində ölənlərin sayı 1 937 nəfərə çatıb.
“TV1” xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfərian “Al Jazeera“ kanalına açıqlamasında deyib.
O bildirib ki, həlak olanların 240 nəfəri qadın, 212 nəfəri isə uşaqdır.
Xəsarət alanların sayı isə 24 800-ü ötüb.








