media-1200x100

İranda təlim təyyarəsi qəzaya uğradı - Ölən və yaralanan var

media-ads_728_90

İranda təlim təyyarəsi qəzaya uğrayıb, ölən və yaralanan var.

“TV1” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilir ki, hadisə bu gün səhər saatlarında Əlborz əyalətinin Nəzərabad şəhərində, Salehiyə bataqlığı yaxınlığında baş verib.

Məlumata görə, qəza nəticəsində təlim keçən tələbə həlak olub. Təyyarənin pilotu yaralansa da, vəziyyəti ağır qiymətləndirilir. O, dərhal xəstəxanaya aparılıb.

Qəzanın dəqiq səbəbləri hələlik bəlli deyil.

media-ads_728_90
Paylaş