İranda yaralanan mülki şəxslərin sayı 21 000 nəfərə çatıb

media-ads_728_90

Eskalasiyanın başlanğıcından bəri ABŞ və İsrailin hava hücumları nəticəsində İranda təxminən 21 min mülki şəxs yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti “Telegram” kanalında məlumat yayıb.

“Cəmi 21 000 mülki şəxs yaralanıb, onlardan 1731-i 18 yaşdan kiçik, 4163-ü isə qadındır”, – deyə məlumatda bildirilib.

Bundan əlavə, cəmiyyət ən azı 214 uşağın və 244 qadının öldürüldüyünü qeyd edib.

media-ads_728_90
Paylaş