İrandakı münaqişə 7 400 nəfərin həyatına son qoyub - Pedro Sançes
İrandakı münaqişə 7 400 nəfərin həyatına son qoyub, onların əksəriyyəti mülki şəxslərdir.
“TV1” xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes “X” sosial şəbəkəsində bildirib.
“Yüzlərlə dağıdılmış ev, məktəb və xəstəxana var. Hər yerdə qiymətlərin artması və Avropa da daxil olmaqla milyardlarla avro dəyərində ziyan deməkdir. İrandakı münaqişənin yekunu bu cürdür”, – deyə o, yazıb.
Baş nazir ABŞ və İran arasında əldə olunan razılaşmanın Yaxın Şərqdə yeni səhifə açacağına ümid etdiyini bildirib:
“Ümid edirik ki, bu gün elan edilən sülh sazişi bu dəliliyin sona çatmasına kömək edəcək, bütün tərəflər ona riayət edəcək və Yaxın Şərqdə yeni bir dövrün başlanğıcı olacaq. Bayram edəcəyik. Amma unutmayacağıq. Və birdəfəlik dərk edəcəyik ki, müharibə – uçurumdur. Dialoq və diplomatiya – yeganə yoldur”, – deyə P.Sançes yazıb.








